Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
5 Mart 2020 10:38 MədəniyyətMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mart ayının 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Siyəzən rayon Heydər Əliyev Mərkəzində Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.