Canəli Əkbərovun 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək

Canəli Əkbərovun 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək

Martın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Olaylar.az bildirir ki, gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində tanınmış xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Konserti Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31