Azərbaycan təmsilçisinin "Eurovision"da ifa edəcəyi mahnı bilindi
Azərbaycan təmsilçisinin "Eurovision"da ifa edəcəyi mahnı bilindi
4 Mart 2020 11:47 MədəniyyətBu il Azərbaycanı "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin yarışmada səsləndirəcəyi mahnı bəlli olub.
Olaylar.az axsam.az-a istinadən xəbər verir ki, ifaçı müsabiqədə "Cleopatra" adlı mahnını səsləndirəcək.
Qeyd edək ki, şüarı "Open up!" ("Açıl!") olan "Eurovision-2020" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Eurovision-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31