Musiqili Teatrda premyera olacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Teatr Günündə yeni səhnə əsərinin premyerası olacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Teatr Günündə yeni səhnə əsərinin premyerası olacaq.

Olaylar.az bildirir ki, növbəti premyera - rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda bəstəkar, Xalq artisti Səid Rüstəmovun və görkəmli yazıçı Məmməd Səid Ordubadinin librettosu əsasında hazırlanan "Beş manatlıq gəlin" komediyası olacaq. Tamaşa mart ayının 10-u və 14-də nümayiş olunacaq.

Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri - İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər - Novruz Əliyev, Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar - Möylə Mirzəliyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva iştirak edəcəklər.

Orkestr, xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər - Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31