Tanınmış pianoçu ustad dərsi keçəcək

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün mütəmadi olaraq ustad dərsləri təşkil edilir. 

Olaylar.az bildirir ki, bu işlərin davamı olaraq, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fransada yaşayan həmvətənimiz, Azərbaycan Respublikasının Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın 2020-ci ilin 27, 28 və 29 fevral tarixlərində Bakı və Sumqayıt şəhərlərində uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri keçiriləcəkdir.

Ustad dərslərində iştirak etmək istəyən şəxslər müvafiq məlumatları aşağıdakı cədvəldən əldə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31