Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb

Azərbaycanın görkəmli bəstəkarlarından biri, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli, professor Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Olaylar.az bildirir ki, açılış mərasimində dövlət və hökumət üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycanın görkəmli bəstəkarlarından biri, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, professor Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Olaylar.az bildirir ki, açılış mərasimində dövlət və hökumət üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Xalq yazıçısı Anar və istefada olan polis general-mayoru Kamil Məmmədov çıxış edərək Vasif Adıgözəlovla bağlı xatirələrini bölüşüb, bəstəkarın keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan bəhs ediblər.

Daha sonra Xalq artisti Yalçın Adıgözəlov çıxış edərək atasının yaradıcılığına göstərilən diqqətə görə dövlət başçısına təşəkkürünü bildirib.

Sonda müəllifi heykəltəraş Aslan Rüstəmov olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31