Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
18 Fevral 2020 11:29 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Günü münasibətilə "Yer üzünün günəşidir - xeyirxahlıq!" adlı tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbirdən öncə müsahibə verən Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bildirib ki, Azərbaycanda xeyirxahlıq ideyaların yaranması və inkişafı öz kökləri ilə qədim tarixə bağlıdır.
Tədbirə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürlərini bildiriblər.
"Renessans" xorunun ifasında dövləti himninin səslənməsilə başlayan tədbirdə uşaqlar üçün maraqlı konsert proqramı təqdim olunub. Belə ki, T.Quliyevin "Bakı haqqında mahnı", V.Adıgözəlovun "Bayram süitası", C.Velazqezin "Besame mucho", M.Babayevin "Sən gələndə" və digər mahnılar səsləndirilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdi Səməd Novruzovun ifa etdiyi "Sənə də qalmaz" (T.Quliyev) mahnısı xüsusi coşqu ilə qarşılanıb.
Sonda M.Maqomayevin "Odlar yurdu" mahnısı səsləndirilib.