Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İran dirijoru... və ərdəbilli müğənni AYXAN

 

Avropanın əksər ölkələrində məşhur dirijor kimi tanınan, İran İslam Respublikasının tanınmış sənətçisi Bərdia Kiyarəs Novruz Bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarına dirijorluq edəcək.Bunu   özünün feysbuk  səhifəsində  teatrın  mətbuat xidmətinin  rəhbəri  Fəridə Aslanova Rüstəmova paylaşıb.

"O olmasın, bu olsun" tamaşası mart ayının 20, 21, 23 və 24-də saat 19:00-da, "Arşın mal alan" isə 22 və 25 mart tarixlərində saat 19:00-da göstəriləcək.
Tamaşalarda Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət" mərkəzlərindən və "iticket.az" saytından əldə edə bilərsiniz!

Əlaqə telefonu: (012) 598 49 17

 

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31