Filmlərimiz dördüncü Şarm Əl Şeyx Film Festivalında nümayiş olunacaq- Səfir açıqladı

Filmlərimiz dördüncü Şarm Əl Şeyx Film Festivalında nümayiş olunacaq- Səfir açıqladı

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahi iki ölkə arasında əməkdaşlığın ən önəmli sahələrindən olan mədəniyyət sahəsində Misir və Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsi ilə bağlı açıqlama  verib.

Olaylar.az bildirir ki, Misir Ərəb Respublikasının Mədəniyyət Naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə 20-26 iyun 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılan dördüncü Şarm Əl Şeyx Film Festivalında Azərbaycan tərəfinin iki filmlə rejissor Elçin Musaoğlunun "Nabat " və rejissor Zamin Məmmədovun "Səs" filmləri ilə iştirak edəcəyinə dair səfirliyin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılığa gəldiyini bildirdi.

Diplomat bundan əvvəl 2019-cu ilin mart ayında təşkil edilən Şarm Əl Şeyx Film Festivalında Azərbaycan tərəfinin, azərbaycanlı rejissor Hilal Baydarovun "Ad günü" filmi ilə iştirak etdiyini qeyd edərək bu iştirakın çox müvəffəqiyyətli olduğunu vurğuladı.

Səfir həmçinin Azərbaycanın tanınmış müğənnilərindən olan Dilarə Kazımovanın öz ansambılı ilə festivalın açılışında təmənnasız çıxış etdiyini, Azərbaycanın sözügedən festivalın fəxri qonağı olduğunu və Festivalın rəhbərliyinin qədim Azərbaycan mədəniyyətini nümayiş etdirməyə çalışdığını da diqqətə çatdırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31