Gənc Tamaşaçılar Teatrında premyera olacaq
Gənc Tamaşaçılar Teatrında premyera oldu
12 Fevral 2020 16:32 MədəniyyətGənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda "Dəli yığıncağı" tamaşasının daxili baxışı olub. Tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.
Olaylar.az bildirir ki, Fevralın 15 və 16-da fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşanın premyerası baş tutacaq. Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyıev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.
"Dəli yığıncağı"nda obrazları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edirlər.
Tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev ifa edirlər.
Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşanın premyerası 15, 16 fevralda baş tutacaq.