Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrı konsert proqramı ilə çıxış etdi

Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrı konsert proqramı ilə çıxış etdi

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində bədii rəhbər və baş dirijoru Ağaverdi Paşayev olan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrı konsert proqramı ilə çıxış etdi.

Olaylar.az bildirir ki, orkestrin dirijoru İlahə Hüseynova idi.

Konsert T.Quliyev adına 12 saylı 11 illik Musiqi Məktəbinin xor kollektivinin orkestrla birlikdə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Proqram zəngin və maraqlı repertuarı ilə seçilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31