Kreml Sarayında Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək
Kreml Sarayında Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək
11 Fevral 2020 12:29 MədəniyyətMartın 14-də Dövlət Kreml Sarayında dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq Artisti Müslüm Maqomayevə həsr edilən "Sənsiz mahnı yoxdur" adlı konsert proqramı təqdim ediləcək.
Olaylar.az bildirir ki, konsert Moskvanın "Russkaya filarmoniya" simfonik orkestri və "TenorA XXI veka" art layihəsi tərəfindən təşkil olunacaq. Konsertdə Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31