Vaqif Mustafazadənin əsərləri Tbilisi Caz Festivalında səslənəcək
Vaqif Mustafazadənin əsərləri Tbilisi Caz Festivalında səslənəcək
7 Fevral 2020 13:00 MədəniyyətMartın 25-də Tbilisidə 23-cü Caz Festivalı keçiriləcək. Olaylar.az bildirir ki, Rustaveli teatrında olacaq musiqi bayramı üç gün davam edəcək. Festivalda Britaniya, ABŞ, Fransa, Gürcüstan və digər ölkələrin tanınmış caz ustaları iştirak edəcəklər.
Festivala Azərbaycan cazmenləri və caz musiqisi üzrə mütəxəssisləri də dəvət olunublar.
Festivalın ilk günündə Dayana Rivz öz qrupu ilə çıxış edəcək.
Dünya şöhrətli cazmenlərlə yanaşı, Gürcüstanın məşhur Qudci Mardina, Luka Topuriya (kvartet), Rezo Kiknadze (sikstet) və Qiya Rakviaşvili üçlüyü çıxış edəcək.
Festivalda məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin əsərlərinə də müraciət olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31