Xalq artisti Böyük Teatrda çıxış edəcək

Martın 7-8-də Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin "Mazepa" operasının konsert ifası təqdim olunacaq. Mazepanın partiyasını martın 8-də Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, P.Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", S.Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", J.Bizenin "Karmen", M.Musorqskinin "Boris Qodunov", C.Verdinin "Traviata", "Don Karlos", A.Borodinin "Knyaz İqor" operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31