Teatrın aktyorları mərhum aktrisanı yad etdilər
Xalq artisti, aktrisa Firəngiz Şərifovanın doğum günündə Gənc Tamaşaçılar Teatrının aktyorları onun məzarını ziyarət ediblər.
7 Fevral 2020 12:52 MədəniyyətXalq artisti, aktrisa Firəngiz Şərifovanın doğum günündə Gənc Tamaşaçılar Teatrının aktyorları onun məzarını ziyarət ediblər.
Olaylar.az bildirir ki, 2014-cü ildə vəfat edən, Fəxri xiyabanda dəfn edilən aktrisa Azərbaycanın görkəmli aktyoru, teatr xadimi Abbas Mirzə Şərifzadənin və Xalq artisti Mərziyə Davudovanın övladı olub. Atasının və anasının yolunu davam etdirən Firəngiz Şərifova 1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyasının) vokal fakültəsinə daxil olub.
Fəxri xiyabanda aktrisanın teatr və sənət yolunu yada salan kollektiv onun aid olduğu ailənin ənənələrinə sadiq qalaraq gənclərə qayğıkeş münasibətini xüsusi vurğulayıblar. Onun həm teatr səhnəsində, həm də kinoda canlandırdığı hər bir obrazın yeni gələn nəsillər üçün ustad dərsi olduğunu qeyd ediblər.