Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olundu – Muğam Mərkəzində

Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olundu –Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Əvvəlcə Ağaxan Abdullayev haqqında videoçarx nümayiş olunub.

Tədbirdə Xalq artisti Mənsum İbrahimov Ağaxan Abdullayevin ifaçılıq sənətinə töhfələrindən danışıb.

Mərasimdə Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayev haqqında xatirələrini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. Gecədə "Buta" instrumental ansamblının müşayiətilə çıxış edən Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslan, Mələkxanım Əyyubova, Simarə İmanova, Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Məmməd Nəcəfov, Elnarə Abdullayeva geniş musiqi proqramı təqdim ediblər.

Tədbirin sonunda Xalq artistinin oğlu Xoşbəxt Abdullayev ailəsi adından gecəni təşkil edənlərə və iştirakçılara təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31