"Mona Liza" əsərinin oğurlanmasına həsr olunmuş film çəkilir

"Mona Liza" əsərinin oğurlanmasına həsr olunmuş film çəkilir

Amerikalı aktrisa və rejissor Codi Foster Leanordo do Vinçinin "Mona Liza" əsərinin oğurlanmasına həsr olunmuş filmin çəkilişlərinə başlayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, real hadisələr üzərində lentə alınan ekran işi üç fəhlənin 1911-ci ildə muzeydən məşhur əsəri oğurlamasından bəhs edir.

İki dəfə "Oskar"a layiq görülmüş Codi Foster filmin ekranlara nə vaxt çıxacağı barədə heç bir məlumat verməyib.

Qeyd edək ki , 1911-ci ildə oğurlanan "Mona Liza"nın tablosu 2 il sonra Florensiyada tapılıb. Soyğunla əlaqədar sorğulananlar arasında məşhur rəssam Pikasso da olub. Tablo Parisin Luvr muzeyində saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31