Prodüser Azər Quliyevin 60 illik yubileyi qeyd olundu

Prodüser Azər Quliyevin 60 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında uzun illər direktor müavini çalışan, prodüser Azər Quliyevin 60 illik yubileyi qeyd olunub.

Olaylar.az bildirir ki, tədbirdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Qasımov və başqaları çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıblar. Bildirilib ki, Azər Quliyev "Azərbaycanfilm"in istehsalı olan "Qəm pəncərəsi", "Cavad xan", "Ata", "Qorxma, mən səninləyəm", "Buta", "Yarımçıq xatirələr" və digər ekran əsərlərinin ərsəyə gəlməsində böyük əmək sərf edib.

Çıxışçılar yubilyarı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31