Beşinci Buktreyler Festivalına start verildi
Beşinci Buktreyler Festivalına start verildi
4 Fevral 2020 15:58 MədəniyyətProdüser, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli bildirib ki, bu il Buktreyler Festivalının 5 yaşı tamam olur: "Bildiyiniz kimi, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edimiş və artıq beşinci ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir".
Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.
Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı isə Azercell şirkətidir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.