Xalça Muzeyində növbəti mühazirə
Fevralın 8-də Azərbaycan Milli Xalça Muzeyində mədəniyyət tariximizdə xüsusi yeri olan şəxsiyyətlərə həsr olunmuş süjetli xalçaların müəllifi, xalçaçı-rəssam Afaq Kərimova tərəfindən mühazirə oxunacaq.
4 Fevral 2020 11:15 MədəniyyətFevralın 8-də Azərbaycan Milli Xalça Muzeyində mədəniyyət tariximizdə xüsusi yeri olan şəxsiyyətlərə həsr olunmuş süjetli xalçaların müəllifi, xalçaçı-rəssam Afaq Kərimova tərəfindən mühazirə oxunacaq.
Olaylar.az bildirir ki, iştirakçılar mühazirə zamanı, xalçaçı-rəssamın müxtəlif dövrlərdə yaratdığı "Dədə-Qorqud", "Nizami", "Məhsəti Gəncəvi", "Füzuli-500", "Vazeh", "Hüseyn Cavid", "Sənsiz", "Natəvan", "Səməd Vurğun", "60-cılar", "Ziyalı" və digər süjetli xalçalar barədə maraqlı məlumatlar əldə edəcəklər.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31