“Doğma Diyar” Respublika uşaq rəsm müsabiqəsi başa çatıb

“Doğma Diyar” Respublika uşaq rəsm müsabiqəsi başa çatıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində ənənəvi "Doğma Diyar" Respublika uşaq rəsm müsabiqəsi başa çatıb.

Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarınızı inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularınızın formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağınızı stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin  əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim etmişlər.

Müsabiqənin mükafat fondu olan seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş Sərgi-plenerdə 17 balaca rəssam hər biri 3 əsəri ilə təmsil olunmaqla yanaşı, tədbirin açılışından 2 saat əvvəl sərbəst mövzuda ərsəyə gətirdikləri əsərlər sərgi-plenerdə təqdim  olunacaq.

Sərgi-plener fevralın 3-də Xətai Sənət Mərkəzində açılacaq.

Sərgi-plener iştirakçıları diplomla təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31