Azərbaycanlı bəstəkarının əsəri Avstriyada səsləndi

Azərbaycanlı bəstəkarının əsəri Avstriyada səsləndi

Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbourinin tar və orkestr üçün bəstələdiyi "Qərarsız pıçıltılar" əsəri Qrats şəhərində ifa olunub. Bu əsər solo tar və orkestr üçün bəstələnmiş ilk eksperimental musiqi əsəri hesab oluna bilər.

Olaylar.az bildirir ki, Qrats Musiqi və İfaçılıq Sənətləri Universitetinin "MUMUTH" zalında bu ali məktəbdə təhsil alan bəstəkarların əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycanlı bəstəkarın yeni bəstələdiyi bu əsər ilk dəfə ictimaiyyətə təqdim olunub və konsertdə tar partiyasını bəstəkarın özü ifa edib.

Əsərlə bağlı fikirlərini bölüşən A.Torkanbouri bildirib ki, bu əsəri dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə ithaf edib. Qeyd edilib ki, bu əsərdə müasir üslub musiqiyə xas olan və indiyədək tətbiq edilməmiş texnikalara də yer verilib. Eyni zamanda bir müddət əvvəl İranda baş vermiş təyyarə qəzasında çoxlu sayda insanın həlak olmasından kədərlənən bəstəkar bu əsərində həmin kədəri ifadə etməyə çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31