Ankarada Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq
Ankarada Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq
3 Fevral 2020 11:28 MədəniyyətAzərbaycan Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçiriləcək.
Olaylar.az bildirir ki, fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında reallaşacaq tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, vaqifsevərlər iştirak edəcəklər.
Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləcək, sonra ədəbi-musiqili proqram olacaq.
Ölkəmizdən də geniş tərkibli heyətin yubiley mərasiminə qatılacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31