“Qoca və Mələk” növbəti dəfə nümayiş olundu

“Qoca və Mələk” növbəti dəfə nümayiş olundu

Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında ən populyar tamaşalardan olan "Qoca və Mələk" tamaşasını növbəti dəfə nümayiş edilib.

Olaylar.az bildirir ki, rejissor Elnur Rzayevin quruluşunda izlənilən tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31