“Metamorfoza” nümayiş ediləcək

“Metamorfoza” nümayiş ediləcək

Noyabrın 30-da Azərbaycan Dövlət "Yuğ" Teatrının yaradıcı heyəti sənət ocağının repertuarında maraqlı tamaşalardan sayılan "Metamorfoza"nı növbəti dəfə təqdim edəcək. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

Olaylar.az bildirir ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcək. A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə "özlərini kənardan görməyi" oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31