Uşaqlar üçün master-klass keçirilib

Uşaqlar üçün master-klass keçirilib

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının tərkibində artıq uzun illərdir ki, fəaliyyət göstərən, bir çox uğurlu işlərə imza atmış "Bacarıqlı əllər" rəsm dərnəyi yeni layihəyə başladı.

Olaylar.az bildirir ki, "Bacarıqlı əllər" rəsm dərnəyi həftə sonları rəssamlığın müxtəlif növləri üzrə master-klass dərsləri keçirəcək. 10 noyabr 2019-cu il tarixində bu dərslərdən birincisi, vitraj üzrə master-klass baş tutdu. Vitraj şüşə üzərində müxtəlif ornamet və ya süjetli dekorativ kompozisiyanın işlənməsidir. Uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşməsi, rəssamlığın müxtəlif növləri ilə tanışlığı və asudə vaxlarının səmərəli keçirilməsidir. Belə tədbirlər uşaqların gələcəyi üçün vacib amillərdən biridir.

Tədbirin sonunda uşaqların işlədikləri kompozisiyalar xatirə olaraq özlərinə hədiyyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31