Mədəniyyətin müxtəlif ixtisaslarını əhatə edən Kurs Proqramları hazırlanıb
Mədəniyyətin müxtəlif ixtisaslarını əhatə edən Kurs Proqramları hazırlanıb
8 Noyabr 2019 15:39 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əməkdaşlarda müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrinin formalaşmasına xidmət edən qısamüddətli ixtisasartırma kurslarının keçirilməsinə start verilmişdir. Olaylar.az bildirir ki, "Bölüşərək zənginləşək" şüarı altında yeni formatlı kreativ təlimlərin keçilirməsi müxtəlif Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən müəssisələrdə çalışan mədəniyyət işçiləri üçün nəzərdə tutulmuşdur. Fərqli rayonlarda və məkanlarda təşkil olunan kurslar çərçivəsində gündəlik vəzifə funksiyalarının yerinə yetirilməsinin müasir forma və üsulları, o cümlədən kollektiv fəaliyyət, habelə vəzifələrin icraatında yaradıcı mexanizmlərin geniş tətbiqinə həsr olunmuş mühazirələr oxunulur. Çətinlik dərəcəsinə görə beş səviyyədən ibarət olan ixtisasartırma kurslarının birinci səviyyəsinə ali təhsili olmayan mədəniyyət işçiləri cəlb olunmuşdur.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərə "Kreativ peşə səriştələri" kursunda kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye, kreativ və rəqəmsal mədəniyyət, lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində biliklər təqdim olunur.
Mərkəz tərəfindən hazırlanmış "Kurs proqramları" toplusunun I hissəsi çapdan çıxmışdır. Proqramda "Muzey ekspozisiyası", "Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin filiallarında, digər Mədəniyyət Evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili", "Tədbirlər siyasəti", "Kütləvi tədbirlərdə aparıçılıq", "Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Uşaq şöbələrinin əməkdaşları üçün təlim" və "Kreativ peşə səriştələri" adlı mövzular əks etdirilir.