Qobustan Milli Tarix-Bədii Qoruğuna təklif və rəylərinizi ünvanla bilərsiniz

Qobustan Milli Tarix-Bədii Qoruğuna təklif və rəylərinizi ünvanla bilərsiniz

Qobustan Milli Tarix-Bədii Qoruğu xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə ziyarətçilərin təklif və rəylərini diqqətə almağa hazırdır.

Olaylar.az bildirir ki, qoruq işin keyfiyyətinin yüksəldilməsi, xidmət təminatının yaxşılaşdırılması, hər kəsin maraq dairəsinə uyğun tədbirlərin təşkilini təmin etmək məqsədi ilə təklif və rəylər xidməti təşkil edir.

Sizin rəy və təklifləriniz işimizi daha da yüksək səviyyədə qurmaqla yanaşı, Sizlərə  yaxın olmaq baxımından da önəmlidir. Bu mənada ünvanlayacağınız rəy və təkliflərinizi böyük məmnuniyyətlə nəzərə almağa hazırıq.

Təklif və rəylərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31