Tanınmış Amerika və Rusiya rəssamı ustad dərsi verdi

Tanınmış Amerika və Rusiya rəssamı ustad dərsi verdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tanınmış Amerika və Rusiya rəssamı, heykəltəraş, Rusiya Federasiyası Dövlət Mükafatının laureatı, Kabardin-Balkarın Xalq rəssamı, Adıgeyin Xalq rəssamı, bir sıra ali təhsil müəssisələrinin fəxri doktoru Mixail Şemyakinin ustad dərsi keçirilib.

Olaylar.az bildirir ki, Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhəb Məmmədov Mixail Şemyakini şagirdlərə təqdim edib, onun çoxşaxəli yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, rəssamın həyat yolu enişli-yoxuşlu olub, yaradıcılıq bioqrafiyası isə çox maraqlıdır.

Rəssam şagirdlərə Vladimir Vısotski ilə səmimi dostluğundan bəhs edib. Onlar rəqqas Mixail Barışnikovun sayəsində Parisdə tanış olublar və sonunadək dost olaraq qalıblar. Vısotski Şemyakinə mahnılar həsr edib, rəssam isə, öz növbəsində, Vladimir Semyonoviçin əsərlərinə illüstrasiyalar çəkirdi. Onun ölümündən sonra isə, Samarada şairin xatirəsinə heykəl ucaldıb.

2003-cü ildən rəssamın Anatoli Sobçaka həsr etdiyi heykəlinin Sankt-Peterburqda və "Çar gəzintisi" kompozisiyasının Konstantin Sarayında açılışları olub. Rusiyanın şimal paytaxtında rəssamın üç heykəli - Böyük Pyotra, siyasi repressiyaların qurbanlarına və Sankt-Peterburqun ilk qurucu memarlarına həsr olunmuş monumentləri qoyulub. Böyük Pyotrun heykəlinin daha bir variantı Normandiyada ucaldılıb.

Rəssam 2005-ci ildə Hofmanın "Şelkunçik" nağılının motivləri əsasında öz librettosu və tərtibatı, habelə Sergey Slonimskinin orijinal musiqisi və Donvena Pandurskinin xoreoqrafiyası ilə balet səhnələşdirib. 2006-cı ildə Mariya Teatrında Şemyakinin tərtibatı və Donvena Pandurskinin xoreoqrafiyası ilə üç birhissəli balet səhnəyə qoyulub.

2010-cu ildə Şemyakin Litva Milli Opera və Balet Teatrı üçün Kirill Simonovun xoreoqrafiyası ilə L.Delibin "Koppeliya" baletinin yeni versiyasını yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31