10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirildi. Olaylar.az bildirir ki, festivalın açılışı "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutdu. Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir. Tədbirdə Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət nümayəndələri, KİV iştirak edib.

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirildi.

Olaylar.az bildirir ki, festivalın açılışı "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutdu. Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir. Tədbirdə Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət nümayəndələri, KİV iştirak edib.

Tədbiri giriş sözü ilə açan festivalın direktoru Fehruz Şamıyev bildirdi ki, bu il Beynəlxalq Qısa Filmlər festivalının 10 illiyidir. İştirakçılara qısa hesabat verən direktor vurğuladı ki, Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı 2004-cü ildə "Sinema" Gənc Kinematoqrafcılar Mərkəzi tərəfindən təsis edilib:

"Uzun müddət "Start" adını daşıyan Festival 2019-cu ildən Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı adı altında fəaliyyətini davam etdirir.   

I Festivalda yalnız azərbaycanlı müəlliflər iştirak etsə də, növbəti ildə kinoforum digər ölkələrin gənclərini də özunə cəlb edərək, əhatə dairəsini genişləndirir və beynəlxalq status daşımağa başlayır. Yaxın Şərqdə və MDB-də mötəbər yaradıcı müsabiqəyə çevrilməyi hədəf seçən Festivalın miqyası bu gün artıq bütün dünyanı əhatə edir.    

Fəaliyyəti dövründə 50-yə yaxın ölkədən film qəbul edən Festivalın münsiflər kürsüsündə də beynəlxalq tərkibli heyət əyləşir.

Minimum güzəşt, maksimum istedada üstünlük verən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının məqsədi filmlərin baxışını və müzakirəsini keçirmək, ən yaxşılarını seçib geniş auditoriyaya çatdırmaq, yerli müəllifləri dünya praktikası, yeni tendensiyalarla tanış etməkdir. Bununla yanaşı Festival yerli rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir."

Fehruz Şamıyev festivalın Mədəniyyət, Gənclər və İdman nazirlikləri, "SİNEMA" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşdığını qeyd edərək bildirdi ki,  Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzinin təşkilati bizə dəstək olduqları üçün filmsevərlər adından təşəkkür etdi:

"Qeyd edim ki, festivalda 35 yaşadək olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərin müsabiqəsi və nümayişini nəzərdə tutulur. Kinoforumun proqramı beynəlxalq, yerli, "Cinemobil" müsabiqə bölmələri, pitçinq, ustad dərslərindən ibarət olacaq.

10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən (Fransa, İtaliya, Almaniya, Belçika, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Ruminiya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Argentina, Meksika, İsveçrə, İsveç və digərləri) 3484 qısametrajlı film təqdim edilib. "Cinemobil" də daxil olmaqla festivalın Yerli proqramına 84 ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

8 nəfərdən ibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, Yerli müsabiqədə 19 film "Qızıl nar" uğrunda mübarizə aparacaq."

Daha sonra çıxış edən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru, rejissor Cəmil Quliyev bildirdi ki, festival kecirmək çox məsuliyyətli işdi: "Bu festival 10 ildi təşkil olunur. On il ərzində böyük rəğbət toplayıb. Bu gün Azərbaycanda bir neçə sahədə festival keçirilir. Lakin Bakı Beynəlxalq Film festivalının əhəmiyyəti böyükdür. Bu festival öz ətrafında gənc yaradıcı insanları birləşdirir. Gənclər yaradıcılıq ideyalarını bir -birləri ilə paylaşa bilirlər. 10 il bu festivalı keçirmək artıq beynılxalq uğurdur. Fürsətdən istifadə edib festivalın direktoruna və iştirakçılarına uğurlar arzu edirəm".

Daha sonar səhnəyə festivalın beynəlxalq filmlər üzrə münsiflər heyəti dəvət olundu. Beynəlxalq münsiflər heyətinin sədri İlqar Safat iştirakçılara uğurlar arzulayaraq, festivalın uzunömürlü olmasını dilədi.

Türkiyəli rejissor Rezan Yaşılbaş festival təşkilatçılarına təşəkkür etdi: "Festivalların gənc fikirli insanların bir-birləri ilə tanış olmasında böyük rolu var. İştirakçıların hər birinə təşəkkür edirəm."

Gürcüstan təmsilçisi Artçil Xetaquri bildirdi ki, sonuncu dəfə Bakıda 7 il bundan öncə olub: "Festivalı izləyən tamaşaçıları hər zaman çox şanslı hesab etmişəm. Onlar kütlə üçün nəzərdə tutulmayan, daim izləmək şansı olmayan filmləri izləyə bilirlər. Bizlər festival zamanı gözəl, əlçatmaz filmlər izləyəcəyik."

Kərim Əzimi münsiflər heyətindən olmaqdan məmnun olduğunu bildirərək, xahiş etdi ki, hər kəs festivalın uzunömürlü olması üçün əlindən gələni etsin.

Yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparacaq filmləri yerli mütəxəssislərdən ibarət münsiflər heyəti - xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov müəyyənləşdirəcək. Qaliblər "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı sosial çarx", "Ən yaxşı rejissor", "Ən yaxşı ssenari" nominasiyaları üzrə seçiləcək.

Vidadi Həsənov çıxışı zamanı festival təşkil etməyin necə çətin və məsuliyyətli bir iş olduğunu vurğuladı: "Bu heyyətdə olduğum üçün özümü şanslı insan sayıram. Festival zamanı bir çox filmlərə baxacam. Və bu filmlər nəticəsində azərbaycanlı gənclərin düşüncə tərzləri ilə tanış olacam."

Vidadi Həsənov filmləri obyektiv və düzgün dəyələndirəcəyini xüsusi olaraq vurğuladı.

Aktrisa Gülzar Qurbanova festivalda iştirak edən gənclərə mübariz və cəsarətli olmağı məsləhət gördü: "Festivalda gənclərin fikirlərini azad ifadə etmələri məni çox sevindirir. Festival yaradıcı insanların görüş yeridir."

Aktrisa filmlərin dilinin olmadığını, kinonun yaradıcı insanların səsi olduğunu qeyd etdi: "Vacib olan odur ki, biz bu səsi duya və dinləyə bilirik. Yəqin elə buna görə də biz yaşaya, yarada bilirik. Bu yaradıcı bayram münasibəti ilə bütün filmsevərləri təbrik edirəm".

Daha sonar çıxış edən İmam Həsənov gənclərə və festival təşkiltçılarına uğurlar arzuladı.

Qeyd edək ki, filmlər 7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Nigar Adil

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31