Əməkdar artistlər “Muğam axşamları” adlı layihəsində çıxış edəcəklər
Əməkdar artistlər “Muğam axşamları” adlı layihəsində çıxış edəcəklər
6 Noyabr 2019 13:05 MədəniyyətNoyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları" adlı layihəsinin çərçivəsində " Zabul Segah " muğamı təqdim ediləcək.
Olaylar.az bildirir ki, layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir.
Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsi çərçivəsində Əməkdar artistlər, Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Nəbiyevanın ifasında "Zabul Segah" muğamı təqdim ediləcək.
Ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edəcək.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Təqdim edilən konsertlərdə bu günə kimi tanınmış , görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.
Layihənin konsertlərinə biletləri şəhərimizin kassalarında, Asan xidmət mərkəzlərində və iticket.az saytından əldə etmək olar.