Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir

Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir

Noyabrın 8-də AMEA Folklor İnstitutunun dəstəyi "Aşıq musiqisi axşamları"nı layihəsi Şirvan aşıq məktəbinə həsr olunur. Olaylar.az bildirir ki, gecədə tanınmış aşıqlardan Əvəzxan Xankişiyev, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı və digər  sevilən aşıqların ifaları təqdim olunacaq.
Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir.  Bu silsilədən "Muğam axşamları", "Dastan gecələri", "Etnik musiqi inciləri", "Aşıq musiqisi axşamları"nı qeyd edə bilərik.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31