Muğam Mərkəzindən Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzinə hədiyyə

Muğam Mərkəzindən Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzinə hədiyyə

Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan və gürcü musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" layihəsi çərçivəsində  BMM-in adından Azərbaycan musiqi alətlərinin şahı olan tar Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinə  hədiyyə edilib.
Olaylar.az bildirir ki, Tbilisi şəhərində Azərbaycanlıların ən çox toplaşdığı mədəniyyət ocaqlarından biri sayılan bu muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir. Muzeydə tar dərnəyinin yaradılması münasibətilə Beynəlxalq Muğam Mərkəzinin direktoru  tar alətini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edib . Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-nin rəhbərliyinə minnətdarlığını bildirib. BMM isə öz növbəsində gələcəkdə bu istiqamətdə Azərbaycanın tar ifaçılığının görkəmli nümayəndələrinin muzeydə ustad dərsləri və görüşlərinin keçiriləcəyinə dəstək verəcəyini diqqətə çatdırıb .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31