Muğam Mərkəzi səhnəsində Macar musiqisi səslənəcək
Muğam Mərkəzi səhnəsində Macar musiqisi səslənəcək
5 Noyabr 2019 12:08 MədəniyyətNoyabrın 11-12 və 14-ü tarixlərində Beynəlxalq Muğam Mərkəzi səhnəsində macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin ifaları səslənəcək.
Olaylar.az bildirir ki, üç gün ərzində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun "Cantores Esslesiae" solistləri və zambalın misilsiz qarışığı olan musiqi ilə Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim edəcəklər. "Evrovision" mahnı müsabiqəsinin iştirakçısı müğənni Magyar Borinin təqdimatında "disklend" üslublu "smokey" caz gecəsi də layihənin yaddaqalan konsertlərindən biri olacaq. Tamaşaçılar macar musiqisi axşamlarında, həmçinin cymbalum alətinin tanınmış ifaçısı Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.