Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq

Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin "Zamanın pillələri ilə" adlı fərdi sərgisi açılacaq.

Olaylar.az bildirir ki, sərgi Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komisiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmasına həsr olunub.

Qeyd edək ki, Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü, Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, V.İ.Surikov adına Moskova Dövlət Akademik Rəssamlıq İnstitutunun Fəxri professorudur.

Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Nişanı" ordeni, "Şəfəq" Prezident ordeni (Gürcüstan), "Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri" ordeni (Fransa), "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı (Avropa Nəşr Mətbu Evi, Azərbaycan), Türk xalqlarının mədəniyyətinə verdiyi töhfələrə görə TÜRKSOY-un xatirə medalı, Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalı, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının medalı, "Ölkə gəncliyi" ümumittifaq sərgisində 2-ci dərəcəli mükafat (Moskva, SSRİ), "70-ci illərin Korçaginləri" Korçagin mükafatı (Moskva, SSRİ), Kembric Universitetinin (Böyük Britaniya) Beynəlxalq Bioqrafik Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, "Humay" Milli Mükafatı laureatı, MDB ölkələri Memarlar

İttifaqı Beynəlxalq Assosiasiyasının diplomu, MDB-nin XIII Beynəlxalq müsabiqəsinin "Art-kitab" nomenasiyası üzrə I dərəcəli diplomu ilə təltif edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31