Muğam Mərkəzi Tbilisidə "Dəyirmi masa" layihəsini təqdim edib

Muğam Mərkəzi Tbilisidə "Dəyirmi masa" layihəsini təqdim edib

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə  Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir  əlaqələr və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.
Olaylar.az bildirir ki, BMM-nin bu layihənin keçirməsində məqdəsi Azərbaycan muğam sənətini və milli mədəni irsinin təbliği və ölkə xaricində arxivlərdə muğam sənətimizıə bağlı məlumatların əldə edilməsidir.
Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin və Gürcüstan Dövlət Folklor Mərkəzinin birgə təşkil etdikləri tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hər iki  ölkənin folklor və milli musiqi mərkəzlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gürcüstan Dövlət Folklor Mərkəzində təşkil edilən tədbiri mərkəzin  direktoru Georgi Donadze  açaraq Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrdən söz açdı.  Bildirdi ki, rəhbərlik etdiyi mərkəzlə BMM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd ikitərəfli mədəni əlaqələrin inkişafında hüquqi baza yaradıb.
BMM-in direktoru Murad Hüseynov göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi. O, Beynəlxalq Muğam Mərkəzinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verdi.

Direktor həmçinin Heydər  Əliyev Fondu tərəindən həm ölkəmizdə həm də xaricdə təşkil edilən mədəni layihələrdən söz açdı. Azərbaycanda təşkil edilən oxsaylı musiqi festivalları haqqında məlumat verib və gürcü musiqiçilərini bu festivallarda fəal iştiraka dəvət edib.
Gürcüstan Xalq Mahnıları və Musiqi Alətləri Muzeyinin direktoru Revaz Kodrikadze çıxışında Azərbaycan mədəniyyəti barədə fikirlərini bölüşüb. Şuşa musiqi məktəbinin yetirmələrinin Gürcüstanda da yaxşı tanındıqlarını bildirib. O XIX əsrdə Bülbülcan, Xan Şuşinski, Sadıqcan və digər muğam ustalarının Gürcüstanda çox sevildiyini bildirib.
"Dəyirmi masa"nın iştirakçıları tədqiqatçı alim Gülhüseyn Kazımov Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin tarixi kökləri, XIX əsrin əvvəllərində Azərbaycan muğam ifaçısı Bülbülcan, Səttar və tarzən Sadıqcanın , eləcə də Seyid Şuşinskinin yaradıcılığının müəyyən bir hissəsinin Tbilisi həyatı ilə bağlı olduğunu vurğulayıb və Azərbaycanın muğam sənətində böyük iz qoyan bu şəxsiyyətlərin mədəni əlaqələrimizin inkişafına böyük təkan verdiklərini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam və poeziya mövzusunda çıxışında Azərbaycan şairlərinin Tbilisi ilə bağlı yazdıqları şeirlərdən danışıb, Bildirib ki, muğam ifaçıları kimi şairlərimizin, qələm adamlarımızın da bir çoxunun həyat və yaradıcılığı Tbilisi ilə sıx bağlı olub. Əliağa Vahid, M.Ş.Vazeh,  Abbasqulu Ağa Bakıxanov və digər görkəmli şairlərin Tbilisi ilə bağlı şeirlərindən misallar çəkdi.
Tbilisi Dövlət Konservatoriyasının əməkdaşı Nino Gambaşidze, Gürcüstan xalq mahnı və alətləri Dövlət Muzeyinin əməkdaşı Ketevan Bayaşvili çıxış edərək  Azərbaycan- Gürcüstan mədəni əlaqələrindən, aşıq sənəti, folklor nümunələri haqqında danışıb, fikirlərini bölüşüblər.

Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə tədqiqatçı-alim Gülhüseyn Kazımovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31