Lənkəranda mədəniyyətin səyyar briqadalarının növbəti təlimi

Lənkəranda mədəniyyətin səyyar briqadalarının növbəti təlimi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Mədəniyyət evlərinin rəhbərlərinin iştirakı ilə növbəti regional təlimlər təşkil olunur.

Olaylar.az bildirir ki, təlimlərin qısa müddətdə daha da səmərəli şəkildə keçirilməsini təmin etmək məqsədi ilə, Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qənaətinə gəlmişdir.

Lənkəran şəhərində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsilənin növbəti qısamüddətli təlim keçirilib. Mədəniyyət Məkəzində, Mərkəzinin direktoru Xafiz Mirzənin iştirakı ilə keçirilmiş təlim Lənkəran rayonun Mədəniyyət evlərində çalışan əməkdaşlar üçün təşkil olunub.

Səyyar briqadalar mədəniyyət siyasətinin həyata keçirilməsini daha aktiv, mobil və əlverişli şəkildə təmin etmək məqsədilə təşkil edilib. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31