“Fotoqraflar Birliyində “Açıq Qapı” günü kecirildi

“Fotoqraflar Birliyində “Açıq Qapı” günü kecirildi

Azərbaycan Milli QHT Forumunun ofisində ənənəvi "Açıq Qapı" günü kecirilib. Olaylar.az bildirir ki, tədbirə həvəskar, peşəkar, fotoqrafiya sənətini sevənlər iştirak ediblər.
Tədbirdə Vəli Şükürov "Gəzdiklərim, Gördüklərim" adlı fotolayihəsini təqdim edərək, ətraflı məlumat verib.
İlkin Səlifov  "EXORDIUM" adlı ilk foto sərgisi nin məqsədindən danışdı. Nurlan Tahirli World Eco Photo müsabiqəsi və Sibirin ən qədim şəhərlərində bəhs edən fotoları təqdim edib, səfəri haqda məlumat verib.
Rauf Umud, Pəri Arifqızı Kuzey Kıprız Turk Cumhuriyətinə yaradıcılıq fototuru haqda təqdimat etdilər, səfərləri haqda maraqlı məqamları açıqlayıblar.
Nemat J. Jahangirov fotoqraflar üçün xüsusi Reminis App with AI for Photographers /Meetup-Baku, Azerbaijan/ təqdimatı haqda məlumat verib.
Tədbirin sonunda noyabr ayı üçün aylıq fotomüsabiqə haqda fikir mübadiləsi aparıldı. Noyabr ayından müsabiqənin  davamına start veriləcəyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31