Nəsimiyə həsr olunan tamaşa və kompozisiyalar təqdim edilib

Nəsimiyə həsr olunan tamaşa və kompozisiyalar təqdim edilib

Şabranda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tamaşa, kompozisiya və sərgi təqdim olunub.

Olaylar.az bildirir ki, oktyabrın 30-da rayon Mədəniyyət Mərkəzində keçirilən "Məndə sığar iki cahan... - Nəsimi poeziyasında şer, musiqi və teatrın vəhdəti" adlı tədbirdə mədəniyyət işçiləri, ziyalılar və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar "Nəsimi-650" adlı sərgi ilə tanış olublar.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi münasibətilə regionda keçirilən silsilə tədbirlər haqqında məlumat verərək, bu görüşlərin Nəsimi irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdə "İstedadlar sorağında" müsabiqəsin laureatlarının hazıladığı kompozisiyalar, həmçinin Şabran Xalq Teatrının İmaddədin Nəsimiyə həsr etdiyi tamaşa nümayiş olunub.

Sonda Şabran şəhər Uşaq Musiqi məktəbinin "Məndə sığar iki cahan..." adlı musiqili kompozisiyası tamaşaçılara təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31