Beynəlxalq metodiki vəsait mədəniyyət işçilərinin istifadəsinə təqdim olunacaq
Beynəlxalq metodiki vəsait mədəniyyət işçilərinin istifadəsinə təqdim olunacaq
30 Oktyabr 2019 13:00 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) "Əl sənətləri texnologiyası.
Olaylar.az bildirir ki, "Ebru" adlı növbəti beynəlxalq metodiki vəsaiti işıq üzü görüb. Bakı Yunus Emre İnstitutu ilə əməkdaşlığı çərçivəsində hazırlanmış vəsait Mədəniyyət evlərinin nəzdində yeni dərnəklərin açılmasına səbəb olacaq.
Bakı Yunus Emre İnstitutunun rəhbəri Cihan Özdemir və Mərkəzin direktoru Asif Usubəliyevin rəhbərliyi altında nəşr edilən "Əl sənətləri texnologiyası. Ebru" adlı metodiki vəsait ebru sənətinin texnologiyası, üsulları, ebru sənəti üzrə kurs proqramı, modul, məzmun və digər mövzuları əhatə edir.
Qeyd edək ki, metodiki vəsaitin Bakıda və regionlarda Yunus Emre İnstitutu ilə birgə təqdimatı planlaşdırılır. Sənətkarlıq dərnəklərində unudulmaqda olan sənət növlərinin bərpası, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər aparılır, həmçinin regionlarda fəaliyyət göstərən Mədəniyyət mərkəzlərində ebru sənəti üzrə dərnəklərin açılması da nəzərdə tutulur.