Nazir Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini ilə görüşüb
Nazir Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini ilə görüşüb
30 Oktyabr 2019 12:30 MədəniyyətElm, Mədəniyyət və İdman nazirinin müavini Badri Maysuradze ilə görüşüb.
Olaylar.az bildirir ki, Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Badri Maysuradze Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı mədəniyyətin ayrı-ayrı sahələri, xüsusən teatr sahəsində yaradıcılıq mübadiləsi ətrafında məsələlər müzakirə olunub.
Nazir Əbülfəs Qarayev diqqətə çatdırıb ki, Azərbaycan Gürcüstanla, eləcə də müxtəlif ölkələrlə mədəniyyət sahəsində layihələr reallaşdırır.
Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Badri Maysuradze vurğulayıb ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir və Gürcüstanın incəsənət xadimləri bu festivallarda hər zaman fəal iştirak etməyə hazırdır.
Görüşdə iştirak edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də ölkələrarası əlaqələrdə mədəniyyətin xüsusi yeri olduğunu vurğulayıb, səfirlik olaraq bu yöndə layihələrə dəstək verdiklərini deyib.
Sonda hər iki ölkənin rayonlarında qarşılıqlı mədəniyyət dərnəklərinin yaradılması istiqamətində yeni layihələr və müxtəlif istiqamətlərdə kadr hazırlığı sahəsində görülə biləcək işlər haqqında söhbət aparılıb.