Xalq artistinin 100 illik yubileyi qeyd olunub
Xalq artistinin 100 illik yubileyi qeyd olunub
30 Oktyabr 2019 12:07 MədəniyyətNizami Kino Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.
Olaylar.az bildirir ki, yubiley mərasimi rejissor Nizami Abbasın "Narahat adam" sənədli filminin nümayişi ilə başlayıb.
Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən foto-slayd nümayiş olunub.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin olduğunu bildirib. Əməkdar mədəniyyət işçisi kinooperator Rafiq Qəmbərov rejissorla birgə çəkdikləri filmdən söhbət açıb. Bildirib ki, o zamanlar gənc bir operatorun Ə.İbrahimov kimi sənətkarla çalışması onun üçün şərəf idi.
Rusiyalı rejissor Boris Blank rejissorla birgə qazandığı təcrübəsini bölüşərək deyib ki, Ə.İbrahimov hər zaman insanlarla mehriban davranır, işinə isə çox məsuliyyətlə yanaşırdı.