Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olunub

Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində hazırlanıb.

Dövlət və hökumət rəsmilərinin, habelə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə sənətkarın ifalarının yer aldığı videoçarx nümayiş olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıb.

Tədbirdə Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Xalq artisti, xanəndə Arif Babayev, Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxış edərək unudulmaz sənətkarın muğam sənətinin inkişafı üçün gördüyü işlərdən, sənətə olan vurğunluğundan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə "Əməkdar artist", 1990-cı ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Tədbir respublikanın tanınmış muğam ifaçılarının konsert proqramı ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31