Qarabağ tarixinin araşdırılmasına dair qiymətli töhfə - “Qarabag xanı Mehdiqulu xanın bayrağı”

Qarabağ tarixinin araşdırılmasına dair qiymətli töhfə - “Qarabag xanı Mehdiqulu xanın bayrağı”

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən "Qarabağ xanı Mehdiqulu xanın bayrağı" adlı kitab hazırlanıb çap olunmuşdur.

Olaylar.az bildirir ki, kitabda Muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunan bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Hakimiyyət rəmzi olaraq hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur.

Kitabın müəllfi t.ü.f.d., dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır. Kitab Azərbaycan və rus dillərində çap olunub.

Yaxın günlərdə Muzey tərəfindən kitabın təqdimatın keçiriləcək.

Təqdimat zamanı ilk dəfə olaraq bayraq əyani şəkildə tamaşaçılara və KİV nümayəndələrinə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31