Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması diqqət mərkəzindədir
Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması diqqət mərkəzindədir
28 Oktyabr 2019 11:34 Mədəniyyət"Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərkibində 5 regional idarə yaradılmasında məqsəd dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etməkdən ibarətdir"
Olaylar.az bildirir ki, bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri Ucar rayonunda vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib.
aparılırdı. Bu məkanlar tariximizin, mədəni irsimizin nə qədər zəngin olduğunu bir daha nümayiş
Əbülfəs Qarayev daha sonra Ucar rayon Mərkəzi Kitabxanasına gələrək Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşən "Uşaq kitab karvanı" layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak etdi.
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında ətraflı məlumat verib.
Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək yerlərdə səyyar kitab sərgilərinin təşkil olunmasını gənclərdə və kiçikyaşlı uşaqlarda mütaliəyə marağı daha da artdığını vurğuladı.
Tədbirdə uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, elmi-fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı çıxış edərək uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Son illərdə nəşr olunmuş kitablar haqqında məlumat verən yazarlar "Uşaq kitab karvanı" layihəsinin həyata keçirilməsinə görə nazir Əbülfəs Qarayevə təşəkkürlərini bildirdilər.