Haqq mənəm, haqq məndədir " adlı musiqili- bədii axşam keçirildi
Haqq mənəm, haqq məndədir " adlı musiqili- bədii axşam keçirildi
28 Oktyabr 2019 11:29 Mədəniyyət"Nəsimi ili" çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və Folklor İnstitutunun birgə layihəsi əsasında İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Haqq mənəm, haqq məndədi" adlı musiqili-bədii axşam keçirildi.
Olaylar.az bildirir ki, tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və "Dədə Qorqud" ansamblının digər üzvlərinin ifaları səsləndi.
Gecədə Əməkdar artistlər Nuriyyə Hüseynova, Solmaz Kosayeva, solistlər Həlimə Soltan, Mehman Mikayilov, Ülviyyə Sədaqət, Çilənay Hüseynova, Ceyhun Muradov, Rafael Əsgərov,Cahandar Mikayilovun ifasında şairin şeirlərindən nümunələr tamaşaçılara təqdim olundu.
Konsertdə ifaçıları Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə "Dədə Qorqud" ansamblı müşayiət edirdi.