Yurı Honing kvarteti Muğam Mərkəzinin səhnəsində
Yurı Honing kvarteti Muğam Mərkəzinin səhnəsində
24 Oktyabr 2019 14:27 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Bakı Caz Festivalının konsertləri silsiləsindən Yurı Honing kvartetinin konserti keçirilib.
Olaylar.az bildirir ki, niderlandlı saksofon ifaçısı Yuri Honinqin akustik kvarteti 90-cı illərdən məşhurlaşmağa başlayıb. Musiqiçi özünü həm klassika həm də caz sahəsində sınayaraq böyük uğurlar qazanmağa nail olub.
Kvartet Bakı Caz festival tamaşaçılarına 2015-ci ildə üşıq üzü görən "Desire" (Arzular) albomundan kompozisiyalar təqdim etdilər. Konsert proqramında caz, pop, klassik janrların sintezini görmək mümkün idi.
Yuri Honinq kvartetinin konserti caz pərəstişkarlarına müəyyən mənada saksofon festival əhval -ruhiyyəsi yaratdı. Kvartet repertuarında olan populyar əsərləri ifa etdi.