“İl Tabarro” operası maraqla qarşılanıb
“İl Tabarro” operası maraqla qarşılanıb
23 Oktyabr 2019 11:45 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri "İl Tabarro" operası nümayiş olunub.
Olaylar.az bildirir ki, səhnə əsərində əsas rollarda Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlər Nina Makarova və Tələt Hüseynov çıxış ediblər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrokdur.
Qeyd edək ki, ilk təqdimatı 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera Teatrında reallaşan səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın quruluşunda səhnəyə qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31