Fövqəladə hallarda mədəni sərvətlərin qorunması dair layihə təqdim olunacaq
Fövqəladə hallarda mədəni sərvətlərin qorunması dair layihə təqdim olunacaq
22 Oktyabr 2019 12:33 Mədəniyyət24-25 oktyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində "Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması" adlı layihənin təqdimatı keçiriləcəkdir.
Olaylar.az bildirir ki, layihənin əsas məqsədi fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərinin keçirilməsi, təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.
Seminar çərçivəsində YUNESKO və Beynəlxalq Muzeylər Şurasından (ICOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizdə 2 günlük seminar keçiriləcəkdir. Seminarda eləcə də, müxtəlif dövlət qurumlarının ölkəmizdə görülən müvafiq işləri haqqında ətraflı məlumat veriləcəkdir.
Həmçinin seminarda layihə çərçivəsində yaradılmış veb sayt və Azərbaycan dilinə tərcümə olunmuş İCCROM və YUNESKO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlığı çərçivəsində nəşr olunmuş "Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyyə qaydaları" adlı məlumat kitabı təqdim olunacaqdır.
Layihə YUNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə ayrılmış qrant hesabına yaradılmışdır.