Kinorejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd olunacaq

Kinorejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd olunacaq

Oktyabrın 29-da Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Respublikanın xalq artisti,  görkəmli kinorejissor Əjdər İbrahimovun bu il 100 illik yubileyi qeyd olunacaq.

Olaylar.az bildirir ki, xatirə gecəsi Nizami Kino Mərkəzində keçiriləcəkdir.

Özünəməxsus yaradıcılıq üslubu ilə kinosalnaməmizi zənginləşdirən, müəllif kinosunun bünövrəsini qoyan, çəkdiyi hər bir ekran əsəri kinosevərlər üçün məktəbə çevrilən, minlərlə tamaşaçı zövqünü formalaşdıran görkəmli kino xadiminin yaradıcılıq filmoqrafiyasını 10-dan artıq film təşkil edir. Görkəmli kinorejissor Əjdər İbrahimovun anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xatirə gecəsi Nizami Kino Mərkəzində keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31